Bakı şəhər İcra Hakimiyyəti paytaxtın rayon İcra Hakimiyyətlərinə xəbərdarlıq edib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az dövlət qurumuna istinadən xəbər verir.

Keçirilən son müşavirə zamanı paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib və rayon icra hakimiyyəti başçılarına onlara aid olan ərazilərə zəif nəzarət etdikləri bildirilib.

Onlara rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilib.