Paytaxtın Səbail rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 48 kv.m olan mənzil 12 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.