Paytaxtın Qaradağ rayonu, Sahil və Müşfiqabad qəsəbələrində küçə ticarətinə qarşı reydlər keçirilib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Keçirilən monitorinqlər zamanı piyada səkilərini və avtomobil yollarını zəbt edən alverçilərlə profilaktik söhbətlər aparılıb. Yolları zəbt edən piştaxtalar ərazidən yığışdırılıb.

Həmçinin küçələrdə antisanitar vəziyyətin də qarşısı alınıb. Küçələrdə üstüaçıq satılan balıqlar xoşagəlməz mənzərə yaradır.

Əgər satıcılar qanunsuz olaraq bir daha küçə ticarəti ilə məşğul olsalar, 80 AZN cərimə olunacaqlar.