AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 17 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Keçirilən yoxlamalar zamanı 8 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:

  • Xətai rayonu – “Günəş” marketi;
  • Xətai rayonu – “The House” çay evi;
  • Xətai rayonu – “Leyla” şadlıq evi;
  • Binəqədi rayonu – “Real Store” marketi;
  • Nəsimi rayonu – “Əsər” marketi;
  • Nəsimi rayonu – “Möhtəşəm” kafesi;
  • Nərimanov rayonu – “Okean” restoranı;
  • Nərimanov rayonu – “Gilan Çay” yeməkxanası.

Qeyd olunan obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.