Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yeni internet şəbəkəsi yaradılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

“Baktelecom” internet provayderi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 6000-ə qədər evi yüksək sürətli internet şəbəkəsi ilə əhatə edib. Hazırda provayderdən qəsəbə ərazisində 2574 abunəçi istifadə edir.

Yeni fiber-optik xətlər ilə internet sürəti 100 mbit/s-dək qalxa biləcək. Həmçinin televiziya xidmətlərindən də istifadə etmək mümkün olacaq.

Zirə qəsəbəsinə yeni internet şəbəkəsi çəkilib
Foto Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytı