Şərq Bazarında tarixçi Fuad Axundovla görüş keçiriləcək. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.

Görüşdə Fuad bəy “Memarlıq və heykəltaraşlıqda olan sevgi” adlı mühazirəsi ilə çıxış edəcək. O, şəhərin görünüşünə, memarlığına təsir edən yüksək, gözəl və ən parlaq sevgi hekayələrindən bəhs edəcək.

Tədbir 25 noyabr saat 19:00-da baş tutacaq. İştirak qiyməti 55 AZN təşkil edir. Qiymətə yüngül qəlyanaltılar və çay daxildir. Qeydiyyat üçün 051 229 06 66 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. Ünvan: Xətai küçəsi 15, “Sharg Bazaar” ticarət mərkəzi.