Paytaxtın Nəsimi rayonu, Saməd Vurğun küçəsi, Bakı Dövlət Sirkinin yaxınlığında “BakuBus”-ın sürücüləri avtobus dayanacağı üçün nəzərdə tutulan cibdən istifadə etmirlər. Bu haqda bu gün, 19 noyabr tarixində Caliber.az məlumat verib.
Sürücülər sərnişinləri birbaşa yolun hərəkət hissəsində endirərək zolaqlardan birini bağlayırlar. Onlar bunu onunla izah edirlər ki, S.Vurğun küçəsində tıxac yarandığından “cibdən” əsas yola çıxmaq çətinləşir. Həmin ərazi isə hazırda avtomobil parkinqi kimi istifadə edilir.
Sakinlər qeyd edirlər ki, yaranmış vəziyyətə görə onlar təhlükə ilə üzləşirlər.
