Bakıda 26 noyabr – 11 dekabr tarixlərində beynəlxalq tennis turniri keçiriləcək. Bu haqda bu gün, 21 noyabr tarixində Report məlumat verib.

Tədbir Azərbaycan Tennis Federasiyası (ATF) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Tennis Akademiyasında təşkil olunur. 18 yaşlı idmançılar arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan J4 Baku (Grade 4) turnirlərinin keçirilməsi nəzərdə tutulub.

Yarışlarda Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilər iştirak edəcəklər.