Bakının Səbail rayonunda, Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 21 noyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

“BMW” markalı avtomobilin sürücüsü, 29 yaşlı Xəlil Əsədli idarəetməni itirərək maneəyə çarpılıb. Onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi bildirilir. Nəticədə sərnişin, həmin avtomobilin sahibi, 28 yaşlı Nurlan Mənsimli ağır xəsarətlər alaraq hadisə yerində dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Verilən məlumata görə, sürücü Mənsimlinin dostu idi. Nurlan Mənsimli tanınmış coğrafiyaçı-alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov, həm də “İqlim” MMC şirkətinin rəhbəridir.

Bakıda tanınmış iş adamının oğlu avtoqəzadə həlak olub
Foto açıq mənbədən