Bakının Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsində noyabrın 20-si yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az məlumat verir.

Eyni istiqamətdə hərəkət edən “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb, hər iki avtomobilə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Yasamal rayonunda iki “Prius” toqquşub
Foto BakuPlus.az