Bakıda 37 ət kəsimi məntəqəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Keçirilən yoxlamalar zamanı Yasamal, Binəqədi və Sabunçu rayonları üzrə heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb. Onların rayonlara görə sayları aşağıdakı kimidir:

  • Yasamal rayonu üzrə 10 obyekt;
  • Binəqədi rayonu üzrə 19 obyekt;
  • Sabunçu rayonu üzrə 8 obyekt.

Həmin obyektlərdə ət kəsimi üçün nəzərdə tutulmuş konstruksiyalar sökülüb, sahibkarlar məsuliyyətə cəlb olunublar.

Monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.