Bakı Şəhər İcra Hakimiyyətinin binası İstiqlaliyyət küçəsi, 4-də yerləşir. Bina 1900-1904-cü illərdə inşa edilmişdir. Çar dövründə burada Bakı şəhər Duması fəaliyyət göstərirdi.

1894-cü ildə Duma üçün bina tikilməsi məsələsi qaldırılmışdır və Nikolayevski (İstiqlaliyyət) küçəsində bina üçün yer ayrılmışdır. Binanın layihəsi Bakının baş memarı İ.V.Qoslavskiyə həvalə edilmişdi. [Fətullayev-Fiqarov Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı-2013]

1900-cu ildə Bakı şəhərinin ilk inzibati binası olan Dumanın təntənəli təməlqoyma mərasimi keçirilir. Əvvəlcə binanın ikimərtəbəli olması nəzərdə tutulur. Lakin şəhər Dumasının layihəsi müzakirə olunanda binanın həcminə kitabxana, şəhər lombardı, polis və s. otaqların daxil edilməsinin vacibliyi qeyd edilir. Hacı Zeynalabdin Tağıyev bu fikri dəstəkləyərək “belə qiymətli yerdən daha səmərəli istifadə etmək” məsləhət görür. Beləliklə, bina üçmərtəbəli inşa olunur. Qoslavski vərəm xəstəsi olsa da, tikinti işlərində şəxsən iştirak edir.

O zamanlar “Qafqaz” qəzeti Qoslavskini “Qafqaz Pensilvaniyasının paytaxtının krezləri üçün saray yaradan bakılı Rastrelli (XVIII əsrin məşhur memarı)adlandırırdı.

Baş şəhər bağçısı A.V.Vasilyev “şəhərin ən gözəl yaraşığı olan Duma binasını onun fəxri” hesab edərək, evin qarşısında “memarlığın gözəlliyinin tamamlanmasına xidmət etmək üçün” bağ salmağı təklif edib. O, bağın layihəsini hazırlayıb və 1904-cü ildə həyata keçirib. Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilib. Baş otaqlarda boyama işləri isə “Florensiya” şirkətinə tapşırılıb. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990] [Fətullayev-Fiqarov Şamil. Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində. Bakı-2013]

1904-cü ildə Qoslavskinin ölümündən sonra, binanın tikintisini idarə etmək üçün memar Skureviç, sonra isə Ploşko təyin olunmuşdur. Həmin il əsas tikinti işləri başa çatdırılmışdır və Duma öz yeni binasına köçürülmüşdür. [http://baku-ih.gov.az/page/19.html]

Sovet dövründə binada Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi yerləşirdi. 1991-ci ildən bu günə kimi burada Bakı Şəhəri İcra Hakimiyyəti fəaliyyət göstərir. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası
Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası Bakı şəhərinin fəxri: İcra Hakimiyyətinin binası