Bakı Kitab Mərkəzində uşaqlar üçün “Oxu saatı” keçiriləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.

Tədbirdə Qüsursuz Nitq və Korreksiya Mərkəzinin direktoru, defektoloq-loqoped Esmira Qafarova olacaq. Surdotərcüməçi kimi Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva olacaq.

“Oxu saatı” 25 noyabr saat 16:00-da başlayacaq. Əlaqə nömrəsi: +994 12 505 99 99, Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 5.