SSRİ Xalq artisti Fikrət Əmirovun məzarı ziyarət edilib. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Görkəmli bəstəkarın 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin əməkdaşları Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
“Onun əsərləri qəlbimizə yol açır. Fikrət Əmirovun ailədə gördüyü milli musiqiyə münasibət bu sənətə necə vurğun olduğunun göstəricisi idi. Onun milli musiqiyə söykənən əsərləri dünyanın bir çox tanınmış konsert salonlarında səsləndirilir”, – deyə nazirin birinci müavini Vaqif Əliyev vurğulayıb.
Fikrət Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, eləcə də dövlət təltiflərinə layiq görülüb.
Dahi bəstəkar 20 fevral 1984-cü ildə Bakıda vəfat edib.
