YARAT incəsənət mərkəzi təcrübə proqramı elan edir. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
ART Könüllü proqramı çərçivəsində təcrübəçilər təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələrdə layihələrdə iştirak edəcəklər. Həmçinin iştirakçılar yaradıcı komandada iş, müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı qazanacaqlar.
Proqram 3 ay davam edəcək. Təcrübəçilər həftədə 2 dəfə minimum 4 saat olmaqla işə cəlb olunacaqlar.
Tələblər:
- 18-35 yaş arası namizədlər;
- Kreativ düşünmə qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Müraciət müddəti 21-30 noyabr tarixləri arası. Qeydiyyat üçün klikləyin.
Ətraflı məlumat üçün 050 246 92 92 nömrəsi ilə əlaqə saxlamaq olar.