Bakıda insan alveri ilə məşğul olan qadın barədə məhkəmə qərar verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 37 yaşlı Elnarə Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, lakin onun 5 yaşlı övladı olduğundan azyaşlının 14 yaşa çatana qədər hökmünün icraatı dondurulub.
Cari ilin may ayında E.Məmmədova paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan 39, 25, 23 və 38 yaşlı 4 qızı işləmək adı altında Türkiyənin Aydın şəhərinə aparıb, daha sonra onları cinsi istismara məruz qoyub.