Paytaxtın Nərimanov rayonunda yerləşən keçmiş “Əbu Bəkr” (indiki Cümə) məscidinin təmiri yekunlaşmaq üzrədir. Bu haqda bu gün 23 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

 

Yenidənqurma işləri çərçivəsində hər iki minarə sökülərək yenidən inşa olunub və günbəz yenidən qurulub. Həmçinin məscidin həyəti də abadlaşdırılıb.

 

Təmir-bərpa işlərinin cari ilin sonuna qədər yekunlaşması gözlənilir. Daha sonra məscidə yeni imam təyin olunacaq.

 

Sözügedən məscid ötən ilin sentyabr ayından etibarən təmir olunmağa başlamışdır.