Noyabrın 21-də səhər saatlarında paytaxtın Xətai rayonunda mənzillərin birindən oğurluq edilib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Özlərini poçt işçisi kimi təqdim edən naməlum şəxslər mənzillərdən birinə daxil olaraq ev sahibinin başına küt əşya ilə zərbələr endirib və evdən 80 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyalarını götürüblər.
Bildirilir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.