Paytaxtın Binəqədi rayonu, “Baksol” yolunda hərəkət müvəqqəti bağlanır. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Adıçəkilən ərazidə aparılan təmir işləri ilə əlaqədar 24 noyabr saat 10:00-dan etibarən 26 noyabr saat 22:00-a qədər avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.