Paytaxtın Xəzər rayonu, Zuğulba şosesi ilə Rasim İmanov küçəsinin arasında yerləşən parkda zibil yeşiklərinin qıtlığı yaşanır. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az xəbər verir.

Uzunluğu təqribən 600 m olan istirahət guşəsində sakinlərin rahatlığı üçün ağaclıq ərazi və oturacaqlar mövcuddur, lakin park boyunca 1 ədəd belə zibil yeşiyi yoxdur. Sakinlər isə bu halı bəhanə edərək tullantıları gül dibçəklərinin diblərinə ataraq, xoşagəlməz görüntü yaradırlar.

Sözügedən park Respublika Uşaq Sanatoriyası və 26 saylı tam orta məktəbin yaxınlığında yerləşir.

Buzovna qəsəbəsində 600 m uzunluğu olan parkda zibil yeşikləri yoxdur

parkda zibil yeşikləri yoxdur
parkda zibil yeşikləri yoxdur
parkda zibil yeşikləri yoxdur parkda zibil yeşikləri yoxdur