Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən malları gömrükdən keçirmək adı ilə pul alaraq dələduzluq etməkdə təqsirli bilinən Hüseynağa Şahmarov 1 il sınaq müddəti olmaqla şərti cəza alıb. Bu haqda bu gün, 23 noyabr tarixində Report məlumat verib.

Şahmarov gömrük brokeri kimi işləyib. O, Məkkəyə Həcc ziyarəti zamanı tanış olduğu Ceyhun adlı şəxsdən 4000 manat pul alıb.

Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 yük maşınının olduğunu və onların idarədən buraxılmadığını müəyyən edib. Təqsirləndirilən şəxs Ceyhuna bu malları tez bir zamanda gömrükdən keçirəcəyinə söz verib. Sonradan vədinə əməl etməyib. İttihama görə, Ceyhun hər avtomobil üçün X.Şahmarova 2000 manat ödəyib.

Verilən məlumata görə, Hüseynağa Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Təzəpir məscidində imam müavini vəzifəsində çalışan Hacı Tahirin (Tahir Şahmarov) oğludur.