Bakı və Abşeronda “Kənddən Şəhərə” həftsonu yarmarkaları davam edir. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Yarmarkada ümumilikdə 50-yə yaxın regionu əhatə edən 80-ə yaxın fermer 90-a yaxın çeşiddə məhsul təklif edəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyətini birbaşa laboratoriyadan yoxlaya biləcəklər. Belə ki, məhsulları yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyyar laboratoriyaları xidmət göstərəcək.

Yarmarkalar 26-27 noyabr tarixlərində aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

  • Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);
  • Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Nazirlikdən bildirilir ki, fermerlər yarmarkada tam ödənişsiz iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar, həmçinin istirakçılara loqistik dəstək göstərilir.