Paytaxtın Səbail rayonunda içməli su kəsiləcək. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.

Magistral su kəmərində baş vermiş qəza səbəbindən adıçəkilən rayonun Bibiheybət qəsəbəsinə, eləcə də Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsində su verilməsində məhdudiyyətlər yaranacaq.

Qurum yaranan narahatlıqla bağlı abonentlərdən üzr istəyir.