Bakıda Xəzər rayonunun Türkan qəsəbəsində 13 yaşlı qız qəsəbə sakini ilə evləndirilir. Bu barədə bu gün, 24 noyabr tarixində Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qızın 1 yaşlı körpəsi var.

“Azyaşlını valideynləri erkən ərə veriblər. Ötən il isə körpəsi dünyaya gəlib. Xeyli müddətdir ki, qızı boşayıb, körpəsi ilə birgə ata evinə göndəriblər. Valideynləri yenidən 13 yaşlı qızı Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan birinə ərə vermək istəyirlər”, – deyə Ağazadə iddia edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, faktla bağlı araşdırma aparılır.