Yenilənib: 12:09

Kliniki Tibbi Mərkəz Səbail rayonunda bıçaqlanan 2 yaşlı uşağın və nənəsinin vəziyyəti ilə bağlı açıqlama verib. Bu haqda Oxu.az xəbər verib.

KTM-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, hadisədən sonra hər üç şəxs gecə saatlarında mərkəzə gətirilib:

“2020-ci il təvəllüdlü İ.Kərimov döş qəfəsinin açıq yarası ilə xəstəxanaya daxil olub və reanimasiyaya yerləşdirilib. 46 yaşlı Əmin Əliyeva isə sol əlin kəsilmiş yarası ilə daxil olub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

2 yaşlı uşaq atası tərəfindən bıçaqlanıb 09:52

Səbail rayonunda ata övladını bıçaqlayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Noyabrın 23-də saat 20:00 radələrində Səbail rayonu, Y.Mürsəlov küçəsindəki evlərin birində Yevlax rayon sakini, 32 yaşlı Saqi Kərimov 46 yaşlı qayınanasına yüngül, 2 yaşlı oğluna daxilə nüfuz edən, sonra isə özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-in 126-cı maddəsi ilə cinayət işi başlanıb.