Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Qaradağ rayonunda Elvin Məmmədov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən 72 yaşlı Sakit Niyazovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.