Bakıda dekabrın 17-dən 24-dək 8-ci “Vüqar Həşimovun Şahmat Memorialı” keçiriləcək. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az məlumat verib.

Turnirdə rapid və blits növlərində çıxış edən 10 şahmatçı iştirak edəcək. Qalib iki turnirdə toplanan xalların cəminə əsasən elan olunacaq.

Hazırda turnirdə Şəhriyar Məmmədyarov və macar qrosmeyster Riçard Rapportun iştirakı təsdiqlənib. Digər iştirakçıların adları tezliklə açıqlanacaq.

Turnirin birinci hissəsində şahmatçılar sürətli (15 dəqiqə 10 saniyə), daha sonra isə blits (3 dəqiqə 2 saniyə) üzrə ən yaxşıları müəyyənləşdirirlər. Rapid turniri 3 gün, blits turniri 2 gün davam edəcək.

“Vüqar Həşimov Memorialı – 2022” VIII beynəlxalq şahmat turniri SOCAR-ın baş sponsorluğu ilə təşkil olunacaq.