Bakının Xəzər rayonu, Qala qəsəbəsində 21 noyabr tarixində 14 yaşlı Türkan Hacəliyeva evdən çıxaraq geri qayıtmayıb. Bu haqda bu gün, noyabrın 24-ü Qafqazinfo məlumat verib.

Həmin gün qız məktəbdən evə qayıdıb. Bundan sonra o, hazırlığa getmək niyyəti ilə evdən çıxıb, lakin ünvana çatmayıb. Sonuncu dəfə onu görənlər Türkan qəsəbəsindən taksi ilə “Koroğlu” metrosu istiqamətində getdiyini deyiblər.

Valideynlər polisə müraciət ediblər. Türkanı görənlərdən polisə və ya 055 269 43 34 nömrəsi ilə əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.