Bu ilin yanvar-oktyabr aylarında “Bakı Metropoliteni”nin sərnişindaşımalardan əldə etdiyi gəlir 42.647,5 min manat olub, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 11.233,3 min manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında “Bakı Metropoliteni” 146.701 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.