Suraxanı rayonunda icra başçısının sakinlərlə görüşü baş tutub. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib.

Əmircan Mədəniyyət evində sakinlərlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə RİH başçısı Əziz Əzizov Əmircan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verib.

Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilib.