Bakıdan Şuşa, Ağdam və Füzuliyə yeni avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir.

Biletləri 25 noyabr saat 16:00-dan etibarən www.yolumuzqarabaga.az saytından almaq mümkün olacaq.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını sistemə daxil etməlidirlər. Bilet alındıqdan sonra onu başqa şəxs istifadə edə bilməz.

Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edirlər. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.

İndiyədək müntəzəm avtobus marşrutları ilə 432 reys yerinə yetirilib, 20 minə yaxın insan Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.