Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakının Qaradağ rayonu, Salyan şosesi, 28-30-cu kilometr ünvanında qanunsuz tikintinin qarşısını alıb. Bu haqda bu gün, 24 noyabr tarixində FHN-in mətbuat xidməti məlumat verib.

“Caspian Survey and Vetting Services” MMC tərəfindən 1000 kvadratmetr sahədə aparılan qeyri-yaşayış obyektinin tikintisi aşkar edilib.

Məsələ ilə bağlı görülmüş tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb, obyekt nəzarətə götürülüb.