Bakıda paytaxt sakini oğurluğa görə saxlanılıb. Bu haqda BakuPlus.az DİN-ə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7500 manat pulu qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Möhtəşəm Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.