Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 60 ünvanında abadlıq işləri aparılır. Bu haqda BakuPlus.az Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanaraq ərazidən çıxarılıb. Həmçinin binanın dam örtüyü əsaslı təmir olunub, yağış sularını axıdan boru və navalçalar dəyişdirilib, binanın fasadında əsaslı təmir-bərpa işləri aparılır, binanın giriş blokları təmir olunur, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, həyətə bordür və tamet daşlarının vurulması nəzərdə tutulub.

Həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri quraşdırılacaq.

Nəsimi rayonunda daha bir ünvanda abadlıq işləri aparılır
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi