Bakının Nizami rayonunda yerləşən Tofiq Abbasov küçəsinin Azər Manafov və Əli Vəliyev küçələrinin arasında yerləşən 640 metrlik hissəsi təmir olunub. Bu haqda bu gün, 24 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat verib.

Təmir işləri çərçivəsində yeni asfalt-beton örtüyü döşənilib, mövcud piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb.

Küçədə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parkinq yerləri təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Nizami rayonunda Tofiq Abbasov küçəsi təmir edilib
Foto AAYDA-nın rəsmi Telegram kanalı