Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris şöbəsinin müdir müavini dosent Ənvər İmanov 70 yaşında vəfat edib. Bu haqda bu gün, 24 noyabr tarixində Oxu.az məlumat verib.

Verilən məlumata görə, oğlunun məzarını ziyarət edən zaman onun vəziyyəti pisləşib və orada dünyasını dəyişib.

İmanov müasir Azərbaycan pedaqogikasının və təhsil təşkilatının inkişafında böyük xidmətləri olan görkəmli pedaqoq-alim idi.