Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsü Əbu-Dabidə bürünc medal qazanıb. Bu haqda BakuPlus.az TƏBİB-ə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən ciu-citsu üzrə növbəti dünya çempionatında Emil Qurbanov bürünc medal qazanıb.

O, 62 ölkədən 400-dən çox idmançının mübarizə apardığı çempionatda Mərakeş, İran və Yunanıstan idmançılarına qalib gəlib.

Əbu-Dabidə qazandığı medal Emil Qurbanovun ilk uğuru deyil. O, indiyədək ölkəmizi bir çox beynəlxalq yarışlarda təmsil edib, qələbələr qazanıb.