Bakıda nəqliyyat vasitələrinin Texniki Müayinə Mərkəzləri 24 saatlıq iş rejiminə keçirlər. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Sabunçu rayonu, Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində yerləşən mərkəzlər fasiləsiz fəaliyyət göstərəcək.

Həmçinin paytaxt ərazisində hərəkət edən zaman saxlanılan yük avtomobillərinin də Bakıda texniki baxışdan keçirilməsinə imkan yaradılacaq.