Bakının mərkəzində yerləşən Xaqani küçəsində Mirzə Fətəli Axundov adına kitabxana tərəfə hərəkət bağlanıb. Bu haqda bu gün, 26 noyabr tarixində Caliber.az məlumat verib.

Yolun bağlanmasına səbəb Bakının Səbail rayonu, Bülbül prospekti ilə Xəqani küçəsinin kəsişməsində (“Sahil” metrosunun yanı) yerləşən su borusunda baş vermiş qəza olub.

Hadisə nəticəsində Bülbül prospektində sıxlıq yaranıb. Sürücülərə avtomobil idarə edərkən bunu nəzərə almaları tövsiyə olunur.