Bakıda 28 noyabr – 4 dekabr tarixlərində bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 14 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

Tədbirlərin siyahısı:

  • Bakı şəhəri

– Şahmat üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı – 28-29 noyabr, saat 11:00, (Suraxanı Şahmat Məktəbi);

– “İdmanda Qalibsən, Nitqində Geri Qalma” mövzusunda idman federasiyaları nümayəndələrinin iştirakı ilə seminar – 2 dekabr, saat 11:00 (Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi);

– Valetudo idman növünün “submission” versiyası üzrə Bakı şəhər turniri – 3 – 4 dekabr, saat 10:00 (Balaxanı İdman Mərkəzi);

– Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fudokan idman növü üzrə Bakı şəhər turniri – 3 – 4 dekabr, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);

– “Şuşa ili”nə həsr olunmuş karate-do üzrə Bakı şəhər turniri – 4 dekabr, saat 10:00 (Xətai İdman Klubu).

  • Binəqədi rayonu

– 1 dekabr -“QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şahmat turniri – 30 oktyabr, saat 10:00 (“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi);

– 3 dekabr – “Ümumdünya Əlillər Günü”nə həsr olunmuş voleybol turniri – 1 dekabr, saat 10:00 (143 saylı tam orta məktəb).

  • Nərimanov rayonu

– Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun xatirəsinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə rayon turniri – 30 noyabr, saat 10:00 (45 saylı tam orta məktəb);

– Vətən Müharibəsi şəhidi Elşən Müslümovun xatirəsinə həsr olunmuş məktəblilər arasında stolüstü tennis üzrə rayon turniri – 2 dekabr, saat 12:00 (Baku Office Centre);

– Beynəlxalq Könüllülər Günü münasibəti ilə Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında şahmat turniri – 4 dekabr, saat 13:00 (Bakı Biznes və Kooperasiya Kolleci).

  •  Səbail rayonu

– Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri arasında voleybol turniri – 28 noyabr, saat 10:00 (Azərbaycan Dövlət Pedaqoji Universiteti).

– Səbail rayon məktəbliləri arasında şahmat turniri – 2 dekabr, saat 11:00 (236 saylı tam orta məktəb).

  •  Sabunçu rayonu

– 2010-2012-ci il təvəllüdlü məktəblilər arasında dama turniri – 29 noyabr, saat 9:00 (72 saylı məktəb-liseyin idman zalı).