Tezliklə “WhatsApp”-da səsli mesajları status kimi dərc etmək mümkün olacaq. Bu haqda BakuPlus.az bu gün, 26 noyabr tarixində xəbər verir.

“Android” üçün sınaqdan keçirilən funksiya bu dəfə tətbiqin “iOS” üçün ən son beta versiyasında tapılıb.

Statusda 30 saniyəyə qədər səsli qeydlər dərc etmək imkanı olacaq. Bu halda istifadəçilər statusa mətn də əlavə edə biləcəklər.

Yeniliyin sabit versiyanın istifadəçiləri üçün nə zaman əlçatan olacağı məlum deyil.