Bu gün köhnə Bakı ilə bağlı xatirələrlə dolu bir film haqqında danışacağıq. Yazıçı Anarın “Gürcü familiyası“ hekayəsi əsasında ekranlaşdırılan “Gün keçdi” filmi 1971-ci ildə çəkilib.

Bəs niyə “Gürcü familiyası”? Gürcü soyadının “Gün keçdi“ filmi ilə nə əlaqəsi ola bilər? Filmin baş qəhrəmanları – Əsmərlə Oqtay kinoteatrda kamikadzelər haqda film izləyirlər. Əsmər isə bu sözü gürcü soyadına bənzədir və Oqtaya göndərdiyi təbrik teleqramında da öz adını belə qeyd etmiş olur.

Filmdəki musiqilər Emin Sabitoğlunun yaradıcılıq nümunələridir. İki gəncin nakam məhəbbətindən bəhs edən ekran işində ən çox nostalji hisslər yer alıb. Burada keçmişlə gələcək, köhnə ilə yeninin müqayisəsi öz əksini tapır.

Baş rolları ifa edən Həsən Məmmədov və Leyla Şıxlinskayanın olduğu film elə də asan ərsəyə gəlməyib. Belə ki, Əsmər rolunun seçimində fikir ayrılıqları yaranır. Ssenari müəllifi Anar Şəfiqə Məmmədovanı, rejissor Fikrət Əliyev isə Amaliya Pənahovanı təklif edir. Mərkəzi komitə Əsməri Leyla Şıxlinskayanın canlandıracağı barədə tapşırıq verir. Buna baxmayaraq, obrazı Amaliya Pənahova səsləndirir.

Həmin dövrdə İçərişəhərin sökülüb-sökülməməsi gündəmdə olduğundan Şirvanşahlar sarayının yanında yaşayan rejissor Arif Babayev ssenariyə bu mövzunu da əlavə edir.

Filmdə Əsmərlə Oqtayın son görüşü Oqtayın evində baş tutmalı idi. Ssenariyə əsasən, burada sevişmə səhnələri yer almalı idi. Buna etiraz edən Həsən Məmmədov əks təqdirdə çəkilişlərdən imtina edəcəyini bildirir. Aktyorun etirazı nəzərə alınır.

Həsən Məmmədov 2003-cü ildə dünyasını dəyişib.

Ssenarist, rejissor Fikrət Əliyev açıqlamasında bildirib: “İllər sonra Həsən Məmmədovla vida mərasimində Leyla Şıxlinskayanın necə ağladığını gördüm… Elə bil, Əsmər Oqtay üçün ağlayırdı…”

Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi "Gün keçdi"...
Ömür keçdi Ömür keçdi Ömür keçdi Ömür keçdi Ömür keçdi Ömür keçdi