Bakıda 5 marşrut xətti üçün yeni sərnişindaşıma şirkəti axtarılır. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Sərnişinlərə keyfiyyətli xidmət göstərə bilmədiyi üçün 15, 147, 185, 186 və 213 nömləri marşrut xətləri müsabiqəyə çıxarılıb.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.