Paytaxtda son həftələr ictimai nəqliyyatda tıxac problemi getdikcə artmaqdadır. Sürücülər və sərnişinlər tıxaclardan şikayətlənirlər ki, bu da əksər hallarda avtobusların gecikməsinə səbəb olur. Bakı sakinləri, o cümlədən tələbələr də metrodan şikayət edirlər.

Sosial şəbəkələr səhər və axşam saatlarında metroların girişində, platformalarda və qatarlarda lentə alınan izdihamlı foto və videolarla doludur. Bir sıra ali məktəblərin fəaliyyət göstərdiyi “28 May” və “Elmlər Akademiyası” metro qovşağı bu zaman xüsusilə yüklənir.

Cari tədris ilinin başlaması ilə metronun rəhbərliyi sərnişinlərin qrup halında keçməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Ancaq bu, platformalardakı insanların sayını azaltmayıb.

İnsanlar hər gün hava çatışmazlığı, tər qoxusu və sıxlıqla üzləşirlər. Metro stansiyalarında və avtobus dayanacaqlarında insanların bu qədər çox olması sərnişinlərin təhlükəsizliyinin səviyyəsini aşağı salır.

İTV-nin metrodan paylaşdığı video: