Bakıda keçirilən “V1 Challenge” avtomobil yarışının qalibləri müəyyənləşib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Finala vəsiqə qazanan 6 nəfərdən ilk 3-lükdə qərarlaşanların adları aşağıdakı kimidir:

I yer – Elçin Həsənov;

II yer – Murad Həsənov;

III yer – Adil Axundov.

Qaliblərə kuboklarla yanaşı, pul mükafatı da verilib. I, II və III yerlərə müvafiq olaraq 3000, 2000, 1000 AZN mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

12 pilotun mübarizə apardığı yarışda “Volkicar”lardan istifadə olunub. Bu tip avtomobillər 115 at gücündədir va 5 saniyədə 100 km/saat sürətinə çata bilir.

27 noyabr tarixində Dövlət Bayrağı Meydanı yaxınlığında “V1 Challenge” avtomobil yarışının Bakı kuboku keçirilmişdir.

Bakıda keçirilən avtomobil yarışının qalibləri məlum olub

“V1 Challenge” avtomobil
“V1 Challenge” avtomobil
“V1 Challenge” avtomobil
“V1 Challenge” avtomobil
“V1 Challenge” avtomobil “V1 Challenge” avtomobil “V1 Challenge” avtomobil “V1 Challenge” avtomobil