Paytaxtın Binəqədi rayonu “Baksol” yolunun daha bir hissəsinin təmiri yekunlaşıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Yolun 1100 m-lik hissəsində köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib. Ümumilikdə 15.000 kv.m əraziyə asfalt-beton örtüyü döşənib. Daha sonra əraziyə müvafiq yol cizgiləri çəkilib və nişanlanma xətləri quraşdırılıb.

10 noyabr tarixində sözügedən yolun 1400 m-lik hissəsinin təmir olunduğu barədə məlumat verilmişdir.

Baksol yolu
Foto AAYDA-nın rəsmi Telegram kanalı