Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsindəki Rizvan Məmmədhüseynov küçəsində yaşayış binasının sonsuz problemləri sakinlərin şikayətinə səbəb olur. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sözügedən binanın zirzəmisinə kanalizasiya suyu axır, damı isə yararsız vəziyyətdədir.
“Hər dəfə yağış yağan kimi evdə nəmişlikdən yaşamaq olmur. Bütün texnika sıradan çıxır”, – deyə sakinlər bildirirlər.
Bundan əlavə, binanın yaxınlığında yerləşən yarımçıq tikili zibillik içindədir və narkomanlar bura tez-tez baş çəkirlər.
Xəzər rayon İcra Hakimiyyəti məsələ ilə bağlı vurğulayıb ki, müvafiq qurumlara problemlərlə bağlı müraciətlər artıq göndərilib. Yaxın zamanda onların həlli üçün addımlar atılacaq.
