Paytaxtın Xəzər rayonunda yerləşən Buzovna qayalıqlarında yenidən tikinti işləri aparılır. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, ərazidə söküntü işlərinin aparılmasına baxmayaraq, bəzi villa sahibləri söküntülərin üzərindən yenidən hasar tikirlər. Bununla bağlı videogörüntülər də yayılıb.

Bakı şəhər İcra Haikimiyyətindən bildirilmişdir ki, bütün qayalıqlar tam azad olunana qədər söküntü işləri davam edəcək.

Buzovna qayalıq
Foto Caliber.az saytı