Bakının Xətai rayonunun Sarayevo küçəsində naməlum şəxslər tərəfindən ağaclar kəsilib, həmin yerdə obyekt tikilir. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az məlumat verib.

Sakinlərin sözlərinə görə, qeyri-qanuni olaraq kommersiya obyekti düz yolun ortasında tikilir. Yerli sakinlərin sözlərinə görə, bu tikilidə iaşə obyekti olacaq. Obyektin kim tərəfindən tikildiyi, müvafiq icazələrinin olub-olmaması barədə məlumat yoxdur.

Sarayevo küçəsi
Foto BakuPlus.az