AQTA tərəfindən keçirilən yoxlamalar zamanı Sabunçu rayonundakı heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb. Onların yerləşdikləri ərazilər aşağıdakı kimidir:

  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi 6 – 2 məntəqə;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küç., ev 21;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küçəsi;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 24B.

Həmin obyektlərdə ət kəsimi üçün nəzərdə tutulmuş konstruksiyalar sökülüb, sahibkarlar məsuliyyətə cəlb olunublar.

Monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.